Elmar Məmmədyarov həmsədrlər və Edvard Nalbandyanla görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ayrılıqda görüş keçirib.
 

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb. Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov bildirib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılarsa, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə bir o qədər tez nail olmaq olar.

E. Abdullayev qeyd edib ki, həmsədrlərlə bir sıra məzmunlu məsələlər üzrə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv