Rusiyada yeniyetmələrə spirtli içki satan AZƏRBAYCANLI HƏBS OLUNDU

Rusiyada yeniyetmələrə spirtli içki satan azərbaycanlı satıcıya cinayət işi başlanıb. Müəyyən olunub ki, 37 yaşlı həmyerlimiz Moskvada Udalsova küçəsində icarəyə götürdüyü mağazada yeniyetmələrə spirtli içki satırmış. Soydaşımıza bir neçə dəfə xəbərdarlıq olunsa da, satıcı tələblərə məhəl qoymadan öz işini davam etdirib. Növbəti reyd zamanı polis şərti alıcı qismində bir necə yeniyetməni həmin mağazaya dükana göndərib və sahibkar yaşlarına məhəl qoymadan istənilən çeşidli spirtli içkiləri onlara satıb. Bu zaman içəri daxil olan polis əməkdaşları azərbaycanlını həbs edirlər. Hazırda soydaşımız barədə Cinayət Məcəlləsinin 151.1 maddəsi ilə cinayət işi başlanıb, azərbaycanlıdan ölkəni tərk etməmək barədə yazılı iltizam alınıb.

 

Müəllif | Apa.Tv