Azərbaycanda yağış, qar, güclü külək gözlənilir – HAVA PROQNOZU

Bu gündən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi və yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, yanvarın 26-da əksər rayonlarda yağıntılar olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi gözlənilir. Bu gün şimal küləyi arabir güclənəcək. Qeyri-sabit hava şəraitinin yanvarın 27-dək davam edəcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv