Billi Qeyts 12 saniyəyə mat oldu – REAL VİDEO

Çempionla şahmat oynayan Bill Qeyts 12 saniyəyə mat olub. Londonda Fredrik Skavlanın televiziya studiyasında qeyri-adi oyun keçirilib. Şahmat taxtası arxasında dünya çempionu Maqnus Karlsenlə dünyanın ən varlı adamlarından biri Bill Qeyts oturub. Oyun cəmi 79 saniyə sürüb. Gedişlər üçün çempion 12 saniyə fikirləşib. Qaralarla oynayan Maqnus Karlsen rəqibini mat edib.


Bir həftə öncə Maqnus eyni zamanda «Facebook»un qurucusu Mark Tsukeberq və «Google» şirkətinin əməkdaşlarına qarşı oynamışdı.

Müəllif | Apa.Tv
Apa.tv