XİN: “Freedom House Azərbaycan xalqının faciəsinə biganə yanaşır”

Azərbaycan Xarici İşlər Nazirliyi “Freedom House” təşkilatının işğal olunmuş Dağlıq Qarabağı “qismən azad ölkə”lər sırasına aid etməsinə etirazını bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, özünü insan hüquqlarının və fundamental azadlıqların keşikçisi kimi təqdim etməyə çalışan “Freedom House” Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumur.

“Təşkilatın hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi “qiymətləndirilmə cədvəli”nə daxil etməsi “Freedom House”nin qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşdığını, əslində təzyiq etmək siyasəti güddüyünü qabarıq şəkildə göstərir”.

Xatırladaq ki, dünyada vətəndaş azadlıqları və siyasi azadlıqların vəziyyəti ilə bağlı araşdırma aparan ABŞ-ın “Freedem House” qeyri-hökumət təşkilatı yanvarın 23-də növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın işğal olunmuş ərazisində yaradılan separatçı qurum ayrıca dövlət kimi göstərilib.

Müəllif | Apa.Tv
Apa.tv