Gəncədə qadın 7-ci mərtəbədən yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib. Gəncəyə qonaq gələn 2 uşaq anası 7 mərtəbədən yıxılaraq ölüb. Kəpəz rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində şəhərin “DOS 102” adlanan ərazisində baş verib. Gəncə şəhər sakini, Bərdədən qayınatası evinə qonaq gələn 1991-ci il təvəllüdlü Cabbarova Ayşən İntiqam qızı binanın 7-ci mərtəbəsində evin pərdəsini asarkən pəncərədən yerə düşüb.

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan Ayşən Cabbarova yolda dünyasını dəyişib. Məlumata görə, onun iki azyaşlı övladı var. Həyat yoldaşı hərbiçi olan Ayşən Cabbarova ailəsi ilə Bərdə rayonunda yaşayır. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli