Bacısını zəhər içməyə məcbur edən Ağdam sakini həbs olunub

Bacısını öldürdüyünə görə axtarışda olan 28 yaşlı Vasif Rüstəmov Rusiyada tutularaq istintaqa təhvil verilib.


Vasif Rüstəmov Ağdam rayon Şotlanlı kənd sakinidir. O, 2013-cü ilin əvvəllərində bacısı Şəbnəm Rüstəmovaya 4 bıçaq zərbəsi vurub, daha sonra isə onu zəhər içməyə məcbur etməklə ölümünə səbəb olub. Bacısını intihar etmə adı altında Bakıdan Tərtər rayonuna gətirərək dəfn etsə də, daxil olan əməliyyat məlumatına əsasən müəyyən olunub ki, Şəbnəm Rüstəmova intihar etməyib, əksinə öldürülüb.

Beynəlxalq axtarışda olan Vasif Rüstəmovu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Tərtər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları həbs ediblər.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120. 1-ci maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq davam etdirilir.

 

Müəllif | Apa.Tv