YÜKSƏK SÜRƏT növbəti qəzaya səbəb oldu
Ötən axşam sürücü diqqətsizliyi və yüksək sürət Bakıda yol-nəqliyyat hadisəsinə səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində baş verib. Prospektlə şəhər mərkəzinə doğru hərəkət edən "Mercedes" markalı avtomobili eyni istiqamətdə hərəkətdə olan "BMW" markalı minik maşınını arxadan vurub.
Sürücülərin sözlərinə görə, "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında dayanıb. Arxadan yüksək sürətlə gələn "BMW"nin sürücüsü isə qarşıda maşın dayandığını görəndə artıq gec olduğunu və sürəti nizamlaya bilmədiyi üçün "Mercedes"i arxadan vurduğunu bildirib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Babək prospektinin qəza baş verən hissəsində avtomobil sıxlığı yaranıb. Nəqliyyatın normal hərəkətini yalnız qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra bərpa etmək mümkün olub.