MÖCÜZƏ! Suriyada bombardman zamanı torpağın altından KÖRPƏ QIZ xilas edildi
Suriyada torpaq altından körpə qız uşağı sağ-salamat xilas edilib. APA TV-nin məlumatına görə, dəhşətli hadisə Hələb şəhərində baş verib. Müxalif qüvvələrin nəzarəti altında olan yaşayış məskənlərindən biri bombardman edilib. Bu zaman ərazidə olanlar dağıntılar altında uşaq ağlamağını eşidiblər. Səsə gələn sakinlər vaxt itirmədən yeri əlləri ilə qazmağa başlayıblar. Torpaq altında yarıhuşsuz olan azyaşlı uşaq görünüb. Suriyalılar uşağı qurşağa kimi dağıntılar altından çıxarsalar da, onun ayaqlarını xilas etmək bir qədər vaxt alıb. Çünki toz içərisində olan körpəni çıxarmaq üçün külüngdən istifadə edərək xilas etmək mümkün olub. Körpənin torpaq altında sağ qalmasına möcüzə kimi baxan insanlar onun xilas edilməsini sevinc qışqırıqları və alqışlarla qarşılayıblar.