DƏHŞƏT! Qocalar evi yandı: 20 OLÜ
Kanadanın şərqində baş verən dəhşətli yanğın 10 nəfərin ölümünə, 22 nəfərin ağır xəsarətlər almasına səbəb olub. APA TV-nin məlumatına görə, yanğın hadisəsi qocalar və kimsəsizlər evində baş verib. Həyatını itirənlərin və yaralananların hamısı ahıl insanlardır. Faciəvi hadisənin səbəbləri hələ müəyyənləşdirilməyib. Sakinlərin hamısının yaşının səksənin üzərundə olduğu bildirilir. Onlardan bir çoxu sərbəst hərəkət etmək iqtidarında olmayıblar. Yalnız iyirmi nəfəri heç bir yanıq xəsarəti almadan xilas etmək mümkün olub. Bu arada daha 30 nəfər də xəstəxanaya çatdırılıb.