Misirdəki toqquşmalar zamanı ÖLÜ SAYI 49-a çatdı
Misirdə 25 yanvar çevrilişinin üçüncü ildönümü qanlı hadisələrlə müşayiət olunub. APA TV-nin məlumatına görə, paytaxt Qahirədə və onun ətrafında "Müsəlman qardaşları" hərəkəti tərəfdarları ilə polis arasında baş verən toqquşmalarda azı 49 nəfər ölüb 250 nəfər yaralanıb. Toqquşmalar zamanı 1070-dən çox nümayişçi saxlanılıb.
Xatırladaq ki, üç il əvvəl yanvarın 25-də Qahirədə prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi ilə nəticələnən çevriliş baş verib. O zaman hakimiyyətə "Müsəlman qardaşları" hərəkatı gəldi, Məhəmməd Mursi isə prezident seçildi. Amma ötən ilin iyulunda Misirdə hərbi çevriliş baş verdi. Bu dəfə Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırıldı və ordu komandanlığı ölkəyə rəhbərliyi ələ aldı.