Tailandda MÜXALİFƏT LİDERİ GÜLLƏLƏNDİ

Tailandın paytaxtı Banqkokda vəziyyət yenidən gərginləşib. Banqkok yaxınlığında antihökumət nümayişlərinin təşkilatçılarından biri güllələnib.

Müxalifət liderlərindən biri olan Sutin Taratin təyin olunmuş növbədənkənar parlament seçkilərinə qarşı mitinq zamanı yük maşınının üstündə çıxış edərkən silahlı hücuma məruz qalıb. Atəş açıldıqdan sonra nümayişçilərlə hökumət tərəfdarları arasında toqquşmalar baş verib.

Hökumətə qarşı çıxan qüvvələr Banqkokda və Tailandın cənubunda seçki məntəqələrini mühasirəyə alıblar. Etirazçılar təkcə Banqkokda 50 seçki məntəqəsindən 48-də insanların səs verməsinə və seçkinin baş tutmasına imkan verməyiblər.

Müxalifət fəalları hesab edirlər ki, əvvəlcə Sinavatra hökuməti istefaya getməli, bundan sonra müvəqqəti hökumət seçki keçirməlidir.

Müəllif | Apa.Tv
Apa.tv