Misirdə qanlı toqquşmalar: ÇOXLU SAYDA ÖLƏN VƏ YARALANAN VAR
Misirdə müxaliflərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. 5 mindən çox insanın qatıldığı aksiyanın iştirakçıları polisə daş atıblar. Polis gözyaşardıcı qaz və rezin güllələrlə aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı 30-a yaxın fəalın yaralandığı bildirilir.
Polislə müxalifətçilər arasında qarşıdurma Süveyş şəhərində də qeydə alınıb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, bir silahlı polis postuna hücum edib. Postun yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 9 nəfər ölüb. Partlayışdan dərhal sonra polislə silahlılar arasında atışma başlayıb.
Hökumət müxalifətin artan təzyiqləri ilə əlaqədar ölkədə təhlükəsizlik xidmətlərini gücləndirib.