PKK tərəfdarları MHP seçki qərargahına basqın etdi: 1 ÖLÜ, 8 YARALI
Milliyyətçi Hərəkat Partiyasının (MHP) Esenyurtdakı seçki qərargahına basqın olub. APA TV-nin məlumatına görə, qərargahın açılış mərasimində PKK tərəfdarı olan bir qrup silah, daş və dəyənəklərlə MHP üzvlərinə hücum edib. Hücum nəticəsində doqquz nəfər yaralanıb. Yaralıları xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Ölən MHP üzvünün Yusifiyyəlilərdən Çingiz Akyıldız olduğu bildirilir.
MHP seçki qərargahına silahlı basqın siyasi partiyalar tərəfindən kəskin şəkildə pislənib. AKP hökumətinin bir sıra üzvləri, millət vəkilləri, tanınmış simalar bu basqını təxribat kimi dəyərləndirib və mərhumun ailəsinə başsağlığı veriblər. Siyasətçilər bu hücumla
Çingiz Akyıldızın cənazəsi bu gün torpağa tapşırılacaq. Dəfn mərasimində yüz minlərlə insanın iştirak edəcəyi gözlənilir.