Bazar günü atəşkəs rejimi 204 dəfə pozuldu - MÜHARİBƏ

Ermənilər sutka ərzində atəşkəs rejimini 204 dəfə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ağdam kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Nəmirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv