Bu gün AŞPA-ya yeni sədr seçiləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 27-də Strasburqda keçiriləcək plenar iclasında əsas müzakirə məsələsi qurumun yeni sədrinin seçilməsi olacaq.
Assambleya üzvləri Lüksemburqun AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım An Brassör və Birləşmiş Krallığın nümayəndə heyətinin rəhbəri Robert Valter arasında seçim etməli olacaqlar.

Yanvarın 31-nə kimi davam edəcək sessiyanın gündəliyinə həmçinin Maqnitski işi, internetin siyasətə təsiri, miqrantların Avropaya inteqrasiyası kimi məsələlər daxildir.

Bundan başqa, Ukraynada demokratik təsisatların fəaliyyətinə dair məsələ fövqəladə müzakirə kimi qurumun gündəliyinə salınıb.

AŞPA-nın qış sessiyasının gedişində iqlim dəyişikliyi, AŞPA ilə Fələstin Milli Şurası arasındakı "demokratiya naminə tərəfdaşlıq" və insan hüquqlarının pozulduğu halda beynəlxalq təşkilatların öz hərəkətlərinə görə cavab vermə öhdəlikləri kimi mövzular da müzakirə ediləcək məsələlər sırasında olacaq.
 

Müəllif | Apa.Tv
Apa.tv