Yolu keçərkən yük maşınının altında qaldı - QƏZA

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. APA-TV nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Aşağı Kürkənd ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Xələc kənd sakini, 39 yaşlı İnşallah Heybət oğlu Qədirov yolu keçərkən yük maşını tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı