Saatlı sakinlərindən narkotik maddə götürülüb

Saatlıda narkotik vasitələrin qanunsuz saxlanması ilə təqsirli bilinən iki nəfər saxlanılıb. Keçirilən tədbirlər zamanı Saatlı şəhər sakini əvvəllər məhkum olunmuş Zaur Əmiraslanovdan şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

 

Keçirilən digər bir əməliyyat tədbirləri zamanı şəhər sakini Natiq Cavadov şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Araşdırma zamanı Natiq Cavadovun üzərindən ümumi çəkisi 455 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Natiqin narkotik vasitəni özünün əkib becərdiyi müəyyənləşib. O evinin yaxınlığında kollektor kanalının kənarında ətrafı mişar daşları ilə hörülmüş ərazidə qanunsuz olaraq 3 ədəd çətənə kolu əkib.
 

Təqsirləndirilən şəxs təxminən 7-8 ay kollara aqrotexniki qulluq etdikdən sonra əldə etdiyi kütləni qurudaraq narkotik vasitə olan marixuana əldə etdiyini boynuna alıb. Hər iki şəxs tutduqları əməldən peşman olduğunu etiraf ediblər.
 

Müəllif | Apa.Tv