Tovuz sakini kafedə həmyerlisini bıçaqlandı

Tovuzda bıçaqlanma hadisəsi qeydə alınıb. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yanıqlı kəndində baş verib. Kənddə yerləşən kafelərin birində yeyib-içən kənd sakini 40 yaşlı Elçin Ələsgərov 25 yaşlı Əkrəm Pənahova 4 bıçaq zərbəsi endirib. Dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olub. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli