Müğənni Məhəbbət Kazımov vəfat edib

Əməkdar artist Məhəbbət Kazımov dünyasını dəyişib. Uzun müddət ürək tac damar xəstəliyindən əziyyət çəkən sənətçi səhər saatlarında vəfat edib. Əsl adı Möhübbət olan sənətçi 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olan Məhəbbət Kazımov ilk muğam dərslərini Nəriman Əliyevdən alıb, daha sonra Ağaxan Abdullayevin sinfində oxuyub.

 

1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu"  ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib.  Türkiyədə, Rusiyada,, İranda qastrol səfərlərində olub.  14 sentyabr 2012-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 1990-cı ildə  ailə həyatı qurub, üç övladı var. 

 

Müəllif | Apa.Tv