Avtobus aşdı: 9 ÖLÜ, 30 YARALI

Sivasın Ulduzəli rayonunda sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 9 nəfər ölüb, 30 nəfərdən çox insan xəsarət alıb. Hadisə Sivas-Ankara yolunun 65-ci kilometrliyində baş verib. Vandan Ankaraya gedən avtobusun qəzaya uğramasının səbəbi yolların buz bağlaması olub. Sürücü idarəetməni itirib və nəticədə avtobus dərəyə aşıb . Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım maşınları və xilasetmə xidməti cəlb olunub. Avtobusun altında qalan cəsədlər çıxarılıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova