Ann Brassör AŞPA-nın yeni sədri seçilib

Avropa Şurası Parlament Assambleyasında qurumun sədri vəzifəsinə seçki keçirilib. Səsvermənin nəticələriunə əsasən, Lüksemburqlu xanım An Brassör lehinə 165, əleyhinə 125 səs toplamaqla AŞPA-nın yeni sədri seçilib. O, seçkidə müstəqil namizəd kimi iştirak etmiş Avropa Demokrat Qrupunun sabiq lideri, britaniyalı Robert Valteri məğlub edib. 64 yaşlı xanım An Brassör AŞPA-da Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun sədri olub.

Daha sonra mətbuat konfransı keçirən yeni sədr Azərbaycanla münasibətlərə də toxunub. 2012-ci ildə Azərbaycan parlamentinin sədri ilə görüşdüyünü deyən An Brassör Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu uzun illər tanıdığının deyib. Xanım Brassör Azərbaycanın Avropa Şurasına sədrliyi zamanı Bakıya səfər edəcəyini də söyləyib. An Brassör bu vəzifədə 2016-cı ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.
 

Müəllif | Apa.Tv