Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

AŞPA-da sədr seçkiləri başa çatdıqdan sonra Assambleyanın vitse-prezidenti postuna seçkilər keçirilib. AŞPA-ya 19 vitse-prezident seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən vitse-prezident postuna seçilib.

Səməd Seyidov AŞPA-nın qış sessiyasının iştirakçılarına müraciət edib. O, öz çıxışında bildirib ki, bu gün çoxları Azərbaycanı və onun yürütdüyü siyasəti tənqid edirlər: “Təbii ki, bu və ya digər məsələ ilə bağlı müxtəlif fikirlər ola bilər. Amma bu insanlara televiziyanı izləməyi və qəzetləri oxumağa tövsiyə edirəm. Azərbaycanda cəbhə xəttində uşaqlar və qocalar həlak olur. Niyə bu məsələ müzakirə olunmur?”

Səməd Seyidov qeyd edib ki, son 10 il ərzində Azərbaycan öz iqtisadi gücünü xeyli artırıb, ölkədə təhsilin, mədəniyyətin səviyyəsi yüksəlib. O vurğulayıb ki, buna görə, bu gün Avropa Şurası Azərbaycanla əməkdaşlıq etməyə, dost olmağa can atır: “Bütün bunların hamısı Azərbaycan hakimiyyətin effektiv siyasətin nəticəsidir. Azərbaycanın AŞ-da üzvlüyü hər iki tərəf üçün faydalıdır”.

 

Müəllif | Apa.Tv
Apa.tv