Balakəndə ağır yol qəzası: 2 ÖLÜ, 1 YARALI

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, yol qəzası dünən axşam saatlarında yolun Balakən rayonu, Qullar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Saramanov Çingiz Məhəmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə rayon mərkəzi istiqamətində hərəkətdə olarkən, yolun kənarında dayanmış 54 yaşlı Bodurova Məryəm Cəlal qızını vurub. Piyadanı vurduqdan sonra idarəetməni itirən sürücü maşını yolun kənarındakı hasara çırpıb. Piyada və sürücü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Çingiz Saramanovun avtomobilində olan sərnişini, 28 yaşlı Akubayev Sərxan Nadir oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov