Fransa prezidentinin TÜRKİYƏDƏN XAHİŞİ

 

Fransa prezidenti 22 illik fasilədən sonra ilk dəfə Türkiyəyə səfər edib. Fransua Ollandın səfəri zamanı aparılan danışıqların əsas mövzularından biri qondarma "erməni soyqırımı" iddiaları və rəsmi Parisin bu məsələdə tutduğu ədalətsiz mövqe olub.

Fransua Olland türkiyəli həmkarı Abdullah Güllə görüşdən sonra bəyan edib ki, Türkiyənin Fransa Senatının “erməni soyqırımı” iddiaları ilə bağlı qəbul etdiyi qərardan sonra tətbiq etdiyi ticarət embarqosunu aradan qalxacağına ümid edir.

Abdullah Gül xatırladıb ki, Türkiyə və Fransa arasındakı münasibətlərin soyumasına məhz qondarma "erməni soyqırımı" ilə bağlı Fransa Senatının qəbul etdiyi qanun səbəb olub.

Abdullah Gül deyib ki, 1915-ci il hadisələrini tarixçilər araşdırmalıdırlar. O, Türkiyənin arxivləri açmağa hazır olduğunu bir daha təkrarlayıb.

Fransua Ollandın iki günlük səfəri çərçivəsində beynəlxalq məsələlər, o cümlədən, Suriya və İraqda da daxil olmaqla ərəb dünyasındakı vəziyyət, bu ölkələrin İran siyasəti də müzakirə ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv