Suriya hakimiyyəti və müxalifəti razılığa gələ bilmədi – MÜHARİBƏYƏ DAVAM

Cenevrədə Suriya müxalifəti və rəsmi Dəməşq razılığa gəlmək üçün daha bir uğursuz cəhd ediblər. Hələlik tərəflərdən heç biri güzəştə getmir və böhrandan çıxış yolu kimi öz mövqeyində israr edir.


Müxalifət münaqişənin nizamlanması ilə bağlı əsas prinsipləri əks etdirən və hakimiyyət nümayəndələri tərəfindən təklif edilən sənədi rədd edib. Sənəddə deyilir ki, ölkənin gələcəyini Suriya xalqı demokratik şəkildə müəyyənləşdirməlidir. Bəşər Əsədin müşaviri Buseyn Şaaban müxalifətin bu mövqeyini təəccüblə qarşıladıqlarını bildirib.

Müxalifət Bəşər Əsədin istefasında israr edir. Onlar bəyan ediblər ki, əsas hədəfləri Cenevrə bəyannaməsi əsasında keçid hökumətinin formalaşdırılmasıdır.

BMT-nin xüsusi nümayəndəsi Lahdar Brahimi isə hesab edir ki, siyasi məsələləri həll etmək hələlik tezdir. Onun fikrincə, indi əsas vəzifə Hümsdən qadınların və uşaqların çıxarılması, humanitar dəhlizin təhlükəsizliyinin təmin edilməsidir.

 

Müəllif | Apa.Tv
Apa.tv