Rza Zərrab İrandan Türkiyəyə 20 milyard valyutanı millət vəkilləri və məmurlar vasitəsilə keçirib - İDDİA

Türkiyədə baş verən korrupsiya qalmaqalı çərçivəsində həbs olunan iş adamı Rza Zərrabın işi ilə bağlı yeni detallar üzə çıxıb. APA TV-nin məlumatına görə, Rza Zərrabın İrandan Türkiyəyə qanunsuz yolla 20 milyard dollar keçirdiyi bildirilir. Əslən iranlı olan iş adamının bu məbləği Türkiyəyə, oradan isə Avropaya keçirməsinə diplomatik pasporta sahib millət vəkilləri və yüksək vəzifəli məmurlar kömək ediblər.

 

Toxunulmazlıqları olduğu üçün daşıdıqları yükə baxış keçirilməyən millət vəkilləri Rza Zərrabla razılığa gələrək İrandan valyutanın gətirilməsində birbaşa iştirak ediblər. Valyuta transferində hansı millət vəkilləri və məmurların iştirak etdiyi açıqlanmır. İddialara görə, kuryerlik edən millət vəkili və məmurlara bu işi ölkənin milli mənfəəti üçün edildiyi bildirilib və bu səbəbdən onlar toxunulmazlıq hüquqlarından istifadə edərək İrandan qayıdarkən özləri ilə külli miqdarda valyuta gətirməyə razılıq veriblər. Türkiyəyə gətirilmiş 20 milyard dolların hansı məqsədlə istifadə olunduğu bilinmir. İddialar görə, ABŞ Rza Zərrabın qurduğu mexanizmi ifşa etdikdən sonra Türkiyəyə İrana qarşı tətbiq olunan embarqonu qeyri-rəsmi yollarla pozduğuna görə dəfələrlə xəbərdarlıq edib.

 

Müəllif | Apa.Tv
Apa.tv