Şəkidə 45 YAŞLI QADININ MEYİTİ TAPILIB

Şəkidə mənzildən 45 yaşlı qadının meyiti tapılıb. Şəki şəhər-rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə yanvarın 27-də axşam saatlarında Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, bina 168 a, mənzil 3-də qeydə alınıb. Hadisə yerinə Şəki rayon Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şəki şəhər Polis Şöbəsinin və Şəki rayon Prokurorluğunun əməkdaşları gəlib. Mənzilin mətbəxində aşkarlanan qadın meyitinə baxış zamanı məlum olub ki, cəsəd Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Paşayeva Səlvinaz Həmid qızına məxsusdur. 45 yaşlı qadının ölümünün səbəbi araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, Paşayeva evdə tək yaşayıb. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv