Məleykə Abbaszadə: “Məktəblərdə verilən yüksək qiymətlər nisbətən şişirdilir”
“Məktəblərdə verilən aşağı qiymətlər obyektiv olur, yüksək qiymətlər isə nisbətən şişirdilir”. Bu fikri TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bildirib. Onun sözlərinə görə, fənlər üzrə attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da analoji nəticə göstərib. Tam orta məktəbi “3” qiymətlə başa vuran məzunların 97.47 faizinin qəbul imtahanlarındakı nəticələri də 0-200 bal intervalında olub.
“5” qiymətlə bitirən məzunların isə yalnız 42.26 faizi attestat qiymətlərini doğrulda bilib: “Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir".