TQDK sədri: “Ötən il imtahanlarda ən yüksək nəticəni Salyan abituriyentləri göstərib”
“2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib. Onlardan 43 faizi 0-100, 22 faizi 100-200, 14 faizi 200-300, 16 faizi 300-500, 5 faizi isə 500-700 bal toplayıb”. Bu fikirləri TQDK sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, ötən il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 5364 abituriyent 500-dən yuxarı bal toplayıb. 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 4.22 faizini təşkil edib. 1617 nəfər imtahanlarda 600-dən yuxarı bal toplayıb. Yüksək bal toplayanlar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var və onlar respublikanın 74 bölgəsini təmsil edirlər.
Ötən il ən yüksək nəticəni isə Azərbaycan bölməsində Salyan rayonu, rus bölməsində isə Mingəçevir şəhərinin abituriyentləri əldə ediblər.