Allahşükür Paşazadə: “Bəzi məmurların övladları başqa məzhəbi qəbul edib, dövlətə qarşı çıxırlar”

Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən qüvvələr var və bunlar xaricdə konkret mənbədən maliyyələşirlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə bildirib ki, həmin qüvvələrin maliyyələşməsi sərhəddən elə formada keçir ki, onu məqsədini anlamaq çətindir. Bəzi dövlətlərdən gələn mallar Azərbaycana məqsədli, kredit şəklində gəlir. Və kim daha çox adamı öz təriqətinə üzv edə bilirsə, həmin şəxs krediti qaytarmır.

"Bu vətən bizimdir. Bizim Qarabağda ana-bacımıza təcavüz olunub. Bizim hamımız bunun qeyrətin çəkməliyik. Bu qeyrətə burada qala-qala biz gedib başqa yerdə misal üçün Suriyada şəhadət adı verib. Həm də pulla gedirlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansı isə tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir".

Şeyx son vaxtlar Suriya və başqa ölkələrə şəhadət arxasınca gedənlərlə bağlı Azərbaycandakı məscidlərdə imamlar və axundlar qarşısına da tələb qoyub. O, bildirib ki, ölkədə şəhadətlə bağlı yanlış təsəvvürlər formalaşıb, bu məsələdə məscidlərdə moizə oxuyan axund və imamların da üzərinə böyük məsuliyyət düşür. Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib.

"Mən hesab edirəm ki, burada günah müəyyən ziyalı, məmur təbəqəsində də günah var. Məni çox heyrətləndirən odur ki, bir məmur deyil, bir neçə məmurların oğulları hansı ki, dövlətdə oturublar, maaş alırlar və uşaqları isə başqa məzhəbdə dövlətə qarşı iş aparırlar”. O, dövlət burada əmirlik yaratmaq istəyir. Baxaq görək sənin atan o dövrün məmuru olacaqmı? Onu qəbul edəcəklərmi?"

Qeyd edək ki, Qazılar Şurası son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən, ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq fətva verib. Qazılar Şurası bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Şəhidlik fəlsəfəsinə görə, müqəddəs hədisi-şərifdə buyurulduğu kimi, Vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir.

 

Müəllif | Apa.Tv