Tovuzda SİLAHLI ERMƏNİ SAXLANDI!

Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində erməni diversiya qrupunun üzvü olan silahlı şəxs tutulub. Bu barədə APA-nın Qərb bürosuna Əlibəyli kənd sakinləri məlumat veriblər. Məlumata görə, təmas xəttini keçən Ermənistan vətəndaşı kənd sakinləri tərəfindən saxlanılıb. Onun hərbçi, yaxud mülki vətəndaş olması bilinmir. Kənd icra nümayəndəsi Valeh Rzayev faktı təsdiqləsə də, ətraflı məlumat verməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür. Müdafiə Nazirliyindən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı