Hacı Surxay: “Suriyada döyüşənlərin əksəriyyəti Aşurbəy məscidindən göndərilir”
İçərişəhərdə fəaliyyət göstərən Aşurbəy məscidi bağlanmalıdır. Cümə məscidinin axundu Hacı Surxay deyib ki, Suriyada döyüşənlərin bəziləri bu məsciddən göndərilir. Onun sözlərinə görə, məsciddə xoşagəlməz hadisələr var və yaxın vaxtlarda bu məsələ həll olunmasa, orada vətəndaş qarşıdurması baş verə bilər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə isə ona cavabında bildirib ki, məsciddən müxtəlif məqsədlər üçün istifadə edilməsi düzgün deyil: "Məscid öz rolunu oynamırsa, gələcəkdə o məscidin qalıb-qalmaması barədə müvafiq qurumlar qarşısında vəsatət qaldırmaq bizim borcumuzdur. Siz İçərişəhər məscidlərinin hamısından sorumlusuz. Və ona görə, də öz münasibətinizi bizə yazılı sürətdə təqdim edə bilərsiniz. Dövlət qarşısında biz bu məsələni qoya bilərik".
Şeyx həmçinin Hacı Surxaya əlindəki bu faktlarla hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.