Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Gənclər və İdman Naziri Azad Rəhimov Sabirabad, Saatlı, Hacıqabul, Salyan və Neftçala rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. Sabirabad rayon Yeni Azərbaycan Partiyası inzibati binasında baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib. 20-dən artıq müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi və digər mövzularla bağlı olub.

Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində 15-dən artıq müraciət daxil olub. Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.
 

Müəllif | Apa.Tv