Azərbaycanda POLİS ƏMƏKDAŞI İNTİHAR EDİB

Azərbaycanda polis əməkdaşı intihar edib. Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospekti ev 1, mənzil 277-də qeydə alınıb.

Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramil Rauf oğlu Novruzov özünü yaşadığı evin çilçırağından asaraq intihar edib. Prokurorluqdan bildirilib ki, Ramil Novruzov Nəqliyyatda Baş Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri işləyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv