Müdafiə Nazirliyi: “Tovuzda erməni kəşfiyyat-diversiya qrupunun bələdçisi yaralı vəziyyətdə ələ keçib”

Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 29-u saat 15.00 radələrində rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

 

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə ələ keçirilib.


Erməni bələdçini tutan kənd sakinləri bildiriblər ki, ermənilər tez-tez kəndə girməyə cəhd edirlər. Amma, onların bu cəhdləri əsgərlərimiz tərəfindən alınır.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli