Azadlıq prospektində QADIN SÜRÜCÜ AĞIR QƏZA TÖRƏTDİ

Azadlıq prospektində sürücünün ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, Həmid Əfəndiyevin idarə etdiyi “99 RB 421” dövlət nömrə nişanlı "Niva" markalı maşın, Ramilə Böyükkişiqızının idarə etdiyi “99 FO 089” nörməli "KİA" ilə toqquşub.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Niva"nın yolun əks istiqaməti ilə hərəkət edən "KİA"nın yoluna çıxması olub. Qəza nəticəsində "Niva" aşıb, sürücü ağır yaralanıb, avtomobil isə yarasız hala düşüb. Yaralanan sürücü yoldan keçənlərin köməyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
 

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi rayon şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv