Azərbaycanda zəlzələ olub

Bu gecə Azərbaycanın Bərdə şəhərində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yanvarın 29-da yerli vaxtla saat 02:36:57-də Bərdədən 22 km cənub-şərqdə, Bərdə və Ağdaş rayonlarının sərhədində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.10 bal, dərinliyi 32 km olub. Zəlzələ hiss olunmayıb.

Müəllif | Apa.Tv
Apa.tv