Lənkəranın daha 3 kəndinə təbii qaz verilib
Lənkəranın Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilib. APA TV-nin məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə Azəriqaz” İstehsalat Birliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, “Azəriqaz” İstehsalat Birliyinin əsaslı təmir və tikinti şöbəsinin müdiri Natiq Əsgərov bu münasibətlə sakinləri təbrik ediblər.
Sonda qazın açılışını bildirən rəmzi məşəllər alovlandırılıb, bir neçə evə baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə 1567 abonenti olan kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19979 metr uzunluğunda polietilen və 37779 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 1567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.