HACIQABULDA QATAR RELSDƏN ÇIXARAQ AŞIB

Yanvarın 29-da saat 12.15 radələrində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarı Muğan-Qarasu mənzilində reysdən çıxaraq aşıb. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA TV-yə verdiyi məlumata görə, hadisə nəticəsində yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

İlkin məlumata görə, hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına «Fövqəladə Hallar Qatarı» MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv