Millət vəkili: “Bank faizlərini aşağı salmaq lazımdır ki, vətəndaşlar kreditləri qaytara bilsin”

"Bankların soyğunçu faizlərini yavaş-yavaş aşağı salmaq lazımdır ki vətəndaşlar aldıqları faizləri qaytara bilsinlər". Bu fikirlərin müəllifi, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hesab edir ki, bu riskli kreditlərin aradan qaldırılması istiqamətində atıla biləcək addımın birinci mərhələsidir. İkinci mərhələdə əhalinin gəlirliyinin artırılması istiqamətində addımlar atılması vacibdir. Üçüncü vacib şərt isə....

“Kimlərinsə borcu varsa, onu öncə təhlil etmək lazımdır. Əgər obyektiv şəkildə baş verən proseslərlə bağlı o borcu vaxtında qaytara bilmirsə, ya ona möhlət verilməlidir, ya da imkan verilməlidir ki o bir müddət faizi qaytarsın, sonra isə borcunun əsas hissəsini qaytarsın”.

Millət vəkili deyir ki, məsələnin kompleks həllindən söhbət gedirsə, həm inzibati üsullardan, iqtisadi, həm də stimullaşdırıcı üsullardan istifadə etmək lazımdır. Əli Məsimli onu da bildirdi ki, gələcəkdə bu cür problemlərin olmaması üçün hökumətə təkliflər verilib.

 

Müəllif | Apa.Tv