Nəqliyyat naziri Şabranda vətəndaşları qəbul edib

Nəqliyyat naziri Ziya Məmmədov Şabranda vətəndaşları qəbul edib. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, nazir Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Qəbul zamanı vətəndaşlar tərəfindən müraciətlər əsasən yol infrastrukturu, nəqliyyat vasitələrində aid problemlər və işə qəbulla məsələlər barədə olub. Bəzi məsələlər yerində həll olunub, digər məsələlərin həll olunması üçün göstərişlər verilib. Nəqliyyat Nazirliyinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
 

Müəllif | Apa.Tv
Vəli Turan