Artıq çəkidən xilas olmaq üçün ÜÇ QIZIL QAYDA

Son zamanlar ən aktual problemlərdən biri artıq çəki ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatının verdiyi açıqlamaya görə, dünya əhalisinin 60 faizindən çoxu artıq çəkidən, piylənmədən əziyyət çəkir. Dietoloq Leyla Zülfüqarova APA TV-yə deyib ki, artıq çəki estetik problemdən daha çox orqanizmin xəstəliyidir. O, bunun bir çox səbəbinin olduğunu bildirib. Arıqlamaq üçün bəzi dərman preparatları qəbul edənlər və qeyri professional dieta proqramlarından istifadə edənlər də var. Dieta üçün düzgün qurulmayan proqram bir çox problemlər yaradır. Həkim qeyd edib ki, bir nəfərin dieta proqramı kütlə üçün keçərli olmaya bilər. Məsələn, internet səhifəsində yayımlanan dieta proqramları hansısa bir məşhurun dieta saxlamaq variantıdır. Bundan hamının istifadəsi qətiyyən olmaz. Bu çox böyük xəstəliklərə səbəb olar. Fərdlər müxtəlifdir, fiziologiyasından xəbəri olmadan insanlar biri digərinin dietasını götürür və fikirləşir ki, həmin insan bu şəkildə arıqlayıbsa demək ki, mən də arıqlayacağam. Amma sonrasını düşünmür. Kökəlməyə meyllilik qadınlarda daha çox rast gəlinsə də bu o demək deyil ki, kişilərdə piylənmə azdır. Dietoloqun sözlərinə görə, qadınlarda estetik problem olduğu üçün vaxtında müraciət edirlər. Kişilər isə daxili xəstəlikləri üzə çıxdığında. Artıq çəki, piylənmə həm də bir çox xəstəliklərdən irəli gəlir.

Leyla Zülfüqarova bildirib ki, qalxanvarı vəzinin sekresiyasının, mədəaltı vəzinin funksiyasının pozulması qadınlarda cinsiyyət üzvlərində olan problemlərdə müəyyən mənada kökəlmələrə səbəb olur. Süd vəzilərində hansısa hormon dəyişikliklərə səbəb ola bilir. Daxili orqanlara qara ciyər öd kisəsində olan problemlərdə səbəb ola bilir. Artıq çəkinin və piylənmənin əsasını düzgün qidalanmamaq da təşkil edir. Yağlı və karbohidratlı yeməklər, un məhsulları, düyü, kartof, makaron çox istifadə edilir ki, bu da kökəlməyə səbəb olur. İnsanlarda belə bir fikir formalaşıb ki, mütləq şəkildə bu qidaları qəbul etmək lazımdır, çünki bu qidalar qəbul edilməzsə orqanizm zəifləyər və immunitet aşağı düşər. Bu yanlış fikirdir. Leyla Zülfüqarova əlavə edib ki, ağ şəkərdən istifadə orqanizmə şəkəri bir-başa ötürdüyü üçün şəkəri bal və mürəbbə şəklində qəbul etmək olar. Məsələn, məktəbliləri evdən yola salanda immuniteti artırmaq üçün şərbət vermək olar. Şirin çay əvəzinə meyvə şirələri verilsə bu daha təbi və orqanizmin həzm etməsi üçün xeyirli bir inqiridentdir. Bunu fruktoza şəklində də verə bilərik. Ət də yemək vacibdir, baxır ət hansı şəkildə bişirilir. Ətin təbii şəkildə bişmiş növləri var. Ət yağ əlavə edilmədən bişirilsə, daha yaxşı olar.

Həkim-dietoloq xüsusi vurğulayıb ki, insanlar üç əsas qızıl qaydanı bildikləri halda düzgün qidalanmaya yaxın ola bilərlər. İnsan gün ərzində normal porsiyalarda qidalanmalıdır, qidalanmada isə müxtəliflik olmalıdır. Müxtəliflik deyəndə insanlar səhv başa düşür elə bilirlər ki, bir yemək fasiləsində hər bir yeməkdən olacaq. Amma bu belə deyil gün ərzində sutka ərzində müxtəlif inqiridentləri qəbul etməliyik. Səhər qəlyanaltısında zülal tərkibli qidalara üstünlük verilirsə günorta nahar fasiləsində karbohidratlara üstünlük verə bilər. Üçüncü əsas qayda orqanizmin rejimdə müntəzəmlik qaydasıdır. İnsan müntəzəm qidalanmalıdır. Artıq çəkidən uzaq olmağın ən düzgün yolu sağlam qidalanmaq və deyilən 3 qızıl qaydaya riayət etməkdir. Estetik gözəlliyinizi qorumaq üçün isə bu şərtlər vacibdir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova