Şəmkirdə toy mərasimində bıçaqlanma olub

Şəmkirdə toy mərasimində dava düşüb. Şəmkir rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Yeniabad kəndində baş verib. Toy mərasimində iştirak edən kənd sakini, 1984-cü il təvəllüdlü Mehman Fətəliyev bıçaqlanaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Polis Şöbəsindən verilən məlumata görə, Mehman Fətəliyevi bıçaqlayan şəxs onun həmkəndlisi və həmyaşıdı olan Xəyal Həsənovdur.

 

Hər iki şəxs toyda spirtli içki qəbul edərək sərxoş olublar. Onların arasında zarafat əlbəyaxa davaya çevrilib və mübahisə bıçaqlanma ilə nəticələnib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli