Bakıda mağazada yanğın baş verib

Bakı şəhərində yerləşən mağazalardan birinin anbarında yanğın baş verib. Yasamal rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, yanğın Şərifzadə küçəsi 31/59 ünvanında qeydə alınıb. FHN-nin “Qaynar xətt”inə mağazada işləyən satıcılar zəng ediblər. Həmin ünvanda yerləşən, tibbi avadanlıqlar satılan mağazanın anbarı ümumilikdə 9 kvadratmetr sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, anbarda olan avadanlıqlar yanğından mühafizə olunub. Dəymiş maddi ziyanın məbləği hesablanır. Hadisənin qısa qapanmadan yarandığı ehtimal olunur.
 

Müəllif | Apa.Tv