Nəqliyyat Nazirliyinin əməkdaşı qəza törətdi və JURNALİSTLƏRƏ HÜCUM ETDİ

Ötən gecə Bakıda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, İsmayılov Vidadi Pәnah oğlu "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə edib və köməkçi yoldan əsas yola çıxarkən idarəetməni itirib. Maşın əvvəlcə əsas və köməkçi yolları ayıran dəmir arakəsməyə çırpılıb. Sürət yüksək olduğundan sürücü avtomobili saxlaya bilməyib və irəlidəki beton maneəyə vurub. Həmin an prospektlə başqa avtomobillərin hərəkət etməməsi daha böyük yol-nəqliyyat hadisəsinin baş verməməsinin qarşısını alıb. Dəmir arakəsməyə və avtomobilin özünə ziyan dəyib.

 

Sürücü Vidadi İsmayılov televiziyaların əməkdaşlarının çəkiliş aparmasına mane olmağa çalışıb və operatorlara hücum edib:

 

Telekanallardan birinin kamerasına ziyan dəyib.

 

Sürücünü çətinliklə sakitləşdirən yol polisi əməkdaşları qəzaya uğrayan avtomobili cərimə meydançasına aparıblar. Bu gün "Azəryolservis" Səhmdar Cəmiyyətinin əməkdaşları hadisə yerinə baxış keçirəcək və dəmir arakəsmənin bir hissəsinin sıradan çıxması nəticəsində dövlətə dəyən zərərin həcmini hesablayacaqlar. Sürücü yalnız dəyən ziyanı ödədikdən sonra avtomobilini cərimə meydançasından çıxara biləcək.

 

Qeyd edək ki, qəzaya uğrayan avtomobilin sürücüsü Nəqliyyat Nazirliyinin  “Avtonəqliyyatservis” Departamentinin әmәkdaşıdır.

 

Müəllif | Apa.Tv