Xaçmazda zəncirvari yol qəzası: POLİS ƏMƏKDAŞI YARALANDI

Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində, Gəndob-Yalama yolunun 25-ci kilometrliyində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayon sakini İmran Ağayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Xudat şəhər sakini Bəhram Bayramova məxsus “Qazel” markalı maşınla toqquşub.

 

“Qazel” isə Xaçmaz şəhər sakini Ceyhun Mehdiyevin idarə etdiyi “VAZ 2107” və Samir Şükürova məxsus “Chevrolet” markalı avtomobilə  dəyib.

 

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü  İmran Ağayev daban sümüyünün qapalı sınığı diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Sürücünün vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qeyd edək ki, xəsarət alan sürücü Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşıdır.

 

Faktla bağlı araşdırmalar davam aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan