Oğuzda yeni yolun tikintisinə başlanıb

Oğuzda Sincam-Xaçmaz-Filfilli avtomobil yolunun tikintisi gedir.  Azərbaycan prezidentinin “Oğuz rayonuun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”  imzaladığı Sərəncamına uyğun olaraq Oğuzda Sincan-Xaçmaz-Filfilli avtomobil yolunun tikintisinə başlanılıb.

 

Türkiyəli mütəxəssislər tərəfindən həyata keçirilən bu layihə çərçivəsində 10 minə yaxın sakin uzun illərdən sonra rahatlığa qovuşacaq. Yeni yolun istifadəyə verilməsi bu inzibatı ərazidə turizm imkanlarını genişləndirəcək.

 

Oğuz rayonunun ucqar yaşayış məntəqələrindən olan Xaçmaz və Filfilli kəndləri mərkəzdən 45-50 km, Qəbələ-Şəki magistralından isə 22 km məsafədə yerləşir. Sincan-Xaçmaz-Filfilli avtomobil yolunun tikintisinin birinci mərhələsi tamamlanmaq ərəfəsindədir. Belə ki, hazırda yolun torpaq yatağının salınması, çınqıl döşəmə və bərkitmə işləri başa çatır.  Bu yolun tikintisi üçün ölkə prezidentinin sərəncamı ilə  5 milyon 400 min manat vəsait ayrılıb.  Yolun tamamlanması cari ilin may ayının sonuna nəzərdə tutulub.

 

Eyni zamanda, ölkə prezidentinin sərəncamı ilə rayonun  daha 5 kəndini Qumlaq-Hayıflı-Şirvanlı-Xalxal-Ərmənət kəndlərini birləşdirən 17 km-lik yeni yol infrasturukturu yaradılıb. Bu il ərzində də rayonun kəndlərində yeni yolların salınması üçün inveestisiya layihələri hazırlanır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov