Fevralın əvvəlində HAVA ANOMAL SOYUQ OLACAQ-PROQNOZ

Fevralın əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur. Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. 

 

Ayın əvvəlində gecələr 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq, ayın sonunda 14 dərəcəyədək yüksələcək. Respublikanın bütün bölgələrində orta aylıq temperaturun  iqlim normasından aşağı olacağı, yüksək dağlıq ərazilərdə 25 dərəcəyədək şaxta proqnozlaşdırılır.                                

 

 

Müəllif | Apa.Tv