İraqda terror aktları REKORD səviyyəyə çatdı

İraqda terror aktları səngimir. Ötən gecə Bağdadda baş verən terror aktlarında ən azı 19 nəfər ölüb. Ölkə rəsmiləri yanvar ayında terror aktlarının qurbanlarının sayının min nəfərə çatdığını bildirir. APA TV-nin məlumatına görə, növbəti partlayışlardan biri paytaxtın Şula rayonunda törədilib. İki partlayış 7 nəfərin həyatına son qoyub. Yeni Bağdad ərazisində minalanmış avtomobilin partladılması nəticəsində daha 5 nəfər ölüb. Talibiyyədə 4 dinc sakin, əsas etibarilə xristianların yaşadığı Kamp-Sara məhəlləsində isə üç nəfər güllələnib. Xalqa ənənəvi illik müraciətində İraqın baş naziri Nuri Əl-Məliki ölkədə baş verən yeni zorakılıq dalğasının yayılmasını qonşu Suriyada şiddətlənən vətəndaş müharibəsi ilə əlaqələndirib. İraqda zorakılıq son 5 il ərzində ən yüksək səviyyəyə çatıb. BMT-nin məlumatına görə, 2013-cü ildə ölkədə 9 minə yaxın insan həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv